"Qarabağ"la yolları ayrılan Vild-Donald Gerye Azərbaycanı tərk edib.
Offsideplus.az xəbər verir ki, karyerasını "Apollon"da davam etdirəcək haitili futbolçu bu məqsədlə Cənubi Kiprə uçub. Lakin gedərkən ailə üzvlərini özü ilə aparmayıb. Buna səbəb Geryenin Limasola birdəfəlik getməməsidir. Belə ki, futbolçu dünən tibbi müayinədən keçib. Sağlıq durumunda problem aşkarlanmasa, təcrübəli müdafiəçi-yarımmüdafiəçi rəsmi sənədə qol çəkəcək. Bütün işləri qaydasına salandan sonra Bakıya qayıdıb ailəsini Cənubi Kiprə aparacaq.
Qeyd edək ki, "Apollon" daxili çempionatda 22 turdan sonra 47 xalla turnir cədvəlində liderdir.