Vild-Donald Geryenin "Qarabağ" karyerası başa çatdı.

Yayda növbəti dəfə komandaya qoşulan futbolçu müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsini istədi və buna nail oldu. Haiti millisinin üzvü bundan sonra karyerası Cənubi Kipr "Apollon"unda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, Gerye ölkəmizi tərk etməmişdən əvvəl "instagram" hesabında vida sözlərini yazıb: "Bu kluba və şəhərə minnətdaram. Sevgi və xoş münasibət üçün hamıya təşəkkür edirəm. Ancaq inanıram ki, həyatımda yeni mərhələ açmağın vaxtı gəlib. 

Hər kəsdən, xüsusən də azarkeşlərdən xahiş edirəm ki, məni başa düşsünlər. Onlar bu illər ərzində möhtəşəm idilər. Bu klubdakı illərim misilsiz oldu. "Qarabağ" çox yüksək hədəflərə sahibdir, bu səbəbdən mənim üçün həyacanverici, düşüncəli, eyni zamanda çətin dövr oldu. Amma çox yaxşı bilirəm ki, burada futboldan bənzərsiz şəkildə zövq aldım. Bunu heç vaxt unutmayacağam. Azarkeşlərimizə və AFFA-ya sonsuz təşəkkür edirəm. Bu həyacanlı illər ərzində qarşımda böyük futbolçular var idi. Hamısına minnətdaram.

Gedirəm, amma bu forma mənə həmişə "Qarabağ"la birlikdə olduğumu hiss etdirəcək. Kluba, prezidentə, baş məşqçiyə, komanda yoldaşlarıma və yorulmadan çalışan bütün işçilərə təşəkkür edirəm. Çox sağ olun".