Qurban Qurbanovun qəzəbinə tuş gələrək "Qarabağ-2"yə göndərilən Vild-Donald Gerye hazırlıq prosesinə qoşulub.
Offsideplus.az xəbər verir ki, məşqlərə yeni başladığı üçün "Qarabağ-2"nin dünənki yoldaşlıq görüşündə iştirak etməyən haitili futbolçu maraqlı addımla diqqət çəkib. Belə ki, Gerye gənc futbolçuları həvəsləndirmək üçün paltardəyişmə otağına 10 qutu pitsa və "kola" sifariş edib. Onun bu hərəkəti qələbə qazanan gənc oyunçular tərəfindən sevinclə qarşılanıb.
Qeyd edək ki, yoldaşlıq görüşü çərçivəsində dünən "Qarabağ-2" "Keşlə-2" ilə qarşılaşıb. Ağdamlılar rəqibini 2:1 hesabı ilə məğlub edib.