Premyer Liqa təmsilçiləri çempionatın qalan 15 qarşılaşmasına hazırlıq çalışmalarına start verib.

"Qəbələ" xaric, digər 7 komanda məşqlərini Bakıda etdirir. Tranfer çalışmaları görülür, yoldaşlıq oyunlarının planları cızılır. Qısası, yaranmış fasilədən maksimum yararlanmağa çalışırlar. Bəs həmin oyunları idarə edəcək hakimlərdən nə xəbər var? Onların hazırlıq planı necədir?

Offsideaplus.az xəbər verir ki, hakimlər ötən il olduğu kimi vətəni tərk etməyəcək. Paytaxtı tərk etməyə də gərək yoxdur. Hakimlər Komitəsinin sədri Frits Stuxlik hakimlərə yanvarın 4-nə qədər istirahət imkanı yaradıb. Həmin gündən isə fiziki çalışmalara start verilib. Məşqlər həftədə 4-5 dəfə keçilir ki, məkan "Dalğa Arena" seçilib. Lakin heç Mərdəkandakı təlim-məşq bazasında qalmır. Stadiona gedir, məşqlərini edib evə qayıdırlar. 

Oyun təcrübəsi baxımından da çətinlik yaranmamalıdır. Belə ki, yanvarın 10-dan 20-nə qədər Premyer Liqa, eləcə də Birinci Divizion təmsilçiləri yoldaşlıq görüşləri keçirəcək. Avstriyalı mütəxəssis bu oyunlarda sərəncamında olan bütün ədalət təmsilçilərinə fit çalmaq şəraiti yaradacaq. Və beləcə 14-cü turdan etibarən hakimlər üçün də iş başlayacaq.