İngiltərədə 12 yaşlı Co Braynt bu günlərdə Bundesliqaya olan sevgisiylə məşhurlaşıb.
Offsideplus.az xəbər verir ki, Conun dediyinə görə, onda 5 yaşından bəri bu həvəs yaranıb.O vaxt valideynləri ilə birlikdə Türkiyədə istirahətdə olarkən alman azarkeşlərin ona isti münasibətinə heyran qaldığını bildirib.Bundan sonra onda tədricən Bundesliqaya qarşı sevgi yaranmağa başlayıb.
Bütün komandaların stadionlarının maketlərini möhtəşəm şəkildə dizayn edən Co bundan böyük məmnunluq duyduğunu qeyd edib.









