21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Fransa millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının heyətinə daha bir futbolçu dəvət edilib.

Offsideplus.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ”nin üzvü Rüfət Əhmədov hazırlıq prosesinə qoşulub.

Qeyd edək ki, sentyabrın 7-də Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan - Fransa matçı saat 21:00-da başlayacaq.