21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Ozan Can Kökçü yenidən millimizdən imtina edə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. İddiaya görə, hazırda Hollandiyanın birinci divizion təmsilçisi "Valveyk"in şərəfini qoruyan gənc yarımmüdafiəçinin Türkiyə millisində oynamaq variantı gündəmə gəlib.

Qardaş ölkədə futbolun inkişafı üzrə direktor vəzifəsini yerinə yetirən Tolunay Kafkas ötən həftə Hollandiyaya gedərək, futbolçunun ailəsi görüşüb: "Ozan Can çox istedadlı futbolçudur. Onu milli komandamıza qazandırmaq istəyirəm".

Buna qədər Cenk Tosun və Dəniz Türüçü Türkiyə millisinə qazandıran Kafkasın Kökçünü də razı salacağına inam böyükdür.

Qeyd edək ki, bir müddət öncə U-21 millimizdə oynamaqdan imtian edən Kökçü Rəşad Sadıqovun gəlişindən sonra fikrini dəyişmiş, yenidən yığmada çıxış etməyə razılıq vermişdi.