"Karantinin ilk günündə olduğu kimi indi də vəziyyət eynidir. Diqqətli olmağa çalışırıq. Hər gün evdə stabil məşq etməyə çalışıram".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Qəbələ"nin üzvü Nikolas Raysel deyib.
Fransalı vinqer Premyer Liqanın taleyi haqda konkret məlumat əldə etmək istədiyini bildirib:
"Artıq vəziyyət çətinləşməyə başlayır. Artıq 3 aydır ki, boşuna gözləyirik. Heçnəyə fokuslana bilmirik. Bizim çempionat haqda konkret qərara ehtiyacımız var. Bütün əcnəbi futbolçular burada qalıblar. Çoxu Azərbaycanda tək yaşayır, bəziləri də ailələrinin yanına getmək istəyirlər. Əgər Premyer Liqa başlayacaqsa, konkret tarix açıqlanmalıdır. Çempionat ləğv olunacaqsa, bunu desinlər işimizi bilək. İnformasiyasız qalmaq inanılmaz dərəcədə can sıxıcıdır".
27 yaşlı futbolçu koronavirus testindən keçməməklərinin səbəbini də açıqlayıb:
"Bizdən başqa bütün klublar yoxlamadan keçdilər. Lakin bir məsələ var ki, Premyer Liqa bərpa olunsa, məşqlər başlasa, onlar yenidən test etdirəcəklər. Bu səbəbdən də biz etmədik".
Nikolas Raysel Premyer Liqa matçlarının azarkeşsiz keçirilmə ehtimalından da danışıb:
"Mənim üçün futbol fanatlarsız maraqsızdır. Stadiondakı atmosferi hiss etməliyik. Futbol şou, hər kəs üçün əyləncədir. Azarkeşsiz futbol üzücüdür. Əgər çempionatın başlamasının tək yolu budursa, razı olmalıyıq. Sağlamlıq futboldan daha vacibdir".