Çempionlar Liqasının finalında stadionda yarıçılpaq qaçan Kinsi Volanski "İnstagram" paylaşımları ilə diqqət çəkir.
Offsideplus.az xəbər verir ki, ABŞ-lı model Bahama adalarında istirahət edərkən körpə köpək balıqları ilə üzüb. O, həmin anın fotosunu "sevimli üzgüçülük tərəfdaşlarım" deyə paylaşıb.
Bir neçə gün öncə Kinsi Demi Rouz adlı modellə birgə karantində vaxt keçirdiyini açıqlayıb. O, dostunun dəniz kənarında bikini ilə fotosunu paylaşıb.
Qeyd edək ki, Demi Rouz Kinsi Volanskidən "İnstagram"da daha məhşurdur. Onun 13 milyon izləyicisi var.