Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün XX turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, bu, 352 göstərici ilə “Qəbələ”nin yarımmüdafiəçisi Nikolas Rayseldir. Fransız “Sumqayıt”a qarşı görüşdə (5:0) 90 dəqiqə meydanda olub və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.