Rusiya millisinin Azərbaycan əsilli sabiq futbolçusu Aleksandr Səmədov futbol meneceri kimi fəaliyyət göstərəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə o özü məlumat verib.
"Menecer (idman agenti) fəaliyyəti ilə məşğul olmağa başlamışam. Artıq müştərilər də var, siz çətin ki, onlar haqqında biləsiniz. Aydındır ki, hələlik top futbolçu yoxdur, yavaş-yavaş başlamaq lazımdır. Mən statusumu nəzərə alaraq öz xidmətlərimi top oyunçulara təklif edə bilərəmmi? Hər şey tədricən olacaaq. Səs-küysüz, tozsuz və çirksiz hər şeylə məşğul oluruq. Biz agentliq qururuq, bununla məşğul olmağı sınaqdan keçiririk. Mətbuata aidiyyətə gəlincə, hər kəsin öz şəraiti və həqiqəti var. Kimsə kölgədə olmaq istəyir. Mən öz tərəfimdən hələ ki yalnız öyrənirəm. İndi deyə bilmirəm, mən mətbuata bağlı, yoxsa açıq olacağam".