"Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Səbail"ə evdə 1:0 hesabıyla qlaib gəldikləri cavab görüşündən sonra mətbuat konfransı keçirib. Gənc çalışdırıcı ilk olaraq qarşılaşma haqda düşüncələrini bölüşüb.

 
- Çox stressli oyun idi. Bu, iki hər matça aiddi. Futbolçularımızda qələb əzminə görə həddən artıq gərginlik vardı. Sözün düzü, elə məndə də. Əsas odur ki, nəticə bizim üçün yaxşı oldu və mərhələni keçdik. 
 
- 70 dəqiqə ehtiyatlı oynadınız, son 20 dəqiqədə aqressiv çıxış etdiniz. Bu, nəylə bağlı idi?
- Ümumiyyətlə, ilk matçdan da ehtiyatlı başladıq. çünki rəqib bizə 1 vursaydı, iki qol vurmalı idik. Sonda hücuma atıldıq. Elvin Məmmədovun oyuna giməsi də buna əsas səbəb oldu, hücumlarımız artdı.
 
- Rəqibin qapısına təyin edilməyən penaltidə və qapınıza vurulan, ancaq sayılmayan qolda çılğın idiniz. Bu epizudları necə şərh edərdiniz?
- İlk oyunda da penalti epizodu vardı. Düz hakimin gözü qabağaıda idi. Açkar penalti idi, hətat qırmızı vərəqə də vermək olardı. Fikrimcə, Qadzeni yıxdıqları epizodda penalti var idi. Ancaq indi dəqiq deyə bilmərəm. Orxan Sadıqlının epizodunda olub ki, qol sayılmayıb. Rəhim Həsənov təcrübəli hakimizdi. Yəqin ki, FİFA-nın son qaydalarını bilərək belə qərar verib. 
 
- Məsələ penaltilərə uzansadı, təyyarəyə gecikən futbolçunuz olacaqdı?
- Ola bilərdi. Səhv etmirəmsə, Skarlatakenin bir neçə saat sonra reysi var. 
 
- Xulio Sezar Rodrigesi əlavə vaxt başlayan kimi meydana buraxdınız və matçın qəhrəmanı oldu. Hissiyat var idi ki, oyunun qəhrəmanı olacaq, yoxsa....?
- Bu dəfə də iki hücumçuyla oynadıq. Sadəcə, indi Mfonu ilk dəqiqələrdən meydana buraxdıq. Meydana 6 yerli futbolçuyla çıxmışdıq və Xulionu meydana buraxmağı planlaşdırmışdıq. Hiss etmirdim ki qol vuracaq, sadəcə, komamdaya kömək edəcəyinə əmin idim.  (Sport24.az)