“Oyunda məni ən çox narahat edən meydan amili idi. Futbolçular çox yüklənirdi, qorxurduq ki, zədə olar. Düzdür, zədə olmadı, amma komanda çox yoruldu".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan kubokunun 1/4 finalının "Səbail"lə ilk oyunundan sonra mətbuat konfransında deyib.
Qolsuz başa çatan matçı şərh edən çalışdırıcı bu hesabla rəqibin üstünük qazandığını bildirib: "İstərdik ki, qollu heç-heçə olsun, amma sevindirici odur ki, qol buraxmadıq. Stressli oyun oldu. Bu hesab rəqibin üstünlüyüdür. Çempionat oyununda belə stress olmur. Minimum qollu heç-heçə olsaydı, mərhələni keçmək şansımız daha çox olardı”.(qol.az)