"Barselona”nın futbolçusu Xordi Albanı məşqlərə atası gətirir.
Offsideplus.az xəbər verir ki, bu barədə "Barselona”nın futbolçusu Jerar Pike məlumat verib. Jurnalistlər Pikedən 17 yaşlı Ansu Fatinin məşqə necə gəldiyi barədə soruşublar. Fatinin 17 yaşı olduğu üçün İspaniya qanunlarına görə avtomobil idarə edə bilməz.
Sualı fürsət bilən Pike 30 yaşlı komanda yoladşı Albaya da sataşıb: "Onu məşqə atası gətirir, eynilə Alba kimi”.
Xatırladaq ki, sürücülük vəsiqəsi olmayan Albanı məşqlərə atası gətirib-aparır.