AFFA rəhbərliyi Lüksemburqda "Düdelanj" və "Qarabağ" arasındakı Avropa Liqasının II tur matçında baş vermiş erməni təxribatına reaksiya verib.
Offsideplus.az-ın milli assosiasiyanın "Facebook" səhifəsinə istinadən məlumatına görə, milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq, narazılığını bildirib. Bu gün Avropa futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.
Qeyd edək ki, matçın 30-cu dəqiqəsində "Qarabağ" 2-ci qolunu vurduqdan sonra "Jozi Bartel" stadionu üzərində dronla qondarma "Dağlıq Qarabağ" rəhbərliyinin "bayrağ"ı sallanıb. Azərbaycan komandası və azarkeşlər buna kəskin etiraz ediblər. Matçda fasilə yaranıb. Lüksemburqun idman naziri üzrxahlığını çatdırdıqdan sonra görüş davam etdirilib. Matç "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.