"Qarabağ" bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda qarşılaşacağı "Neftçi" ilə matçın hazırlıqlarına start verib.
Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun komandası iki günlük istirahətin ardından klubun bazasında bir araya gəlib. Axşam saatlarında başlayan hazırlıq təxminən 1 saat yarım davam edib. Zədəsini sağaldan braziliyalı hücumçu Reynaldo Silva da komanda ilə biirgə məşqə başlayıb.
Qeyd edək ki, Qarabağ" - "Neftçi" oyunu fevralın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.