Karate üzrə milli komandamızın üzvü Əli Cəfərovun ötən gecə toyu olub.
Offsideplus.az xəbər verir ki, karateçimiz 29 yaşında Meləykə Cəfərova adlı xanımla ailə həyatı qurub. İdmançının toy mərasiminə həmkarları da qatılıb.
Qeyd edək ki, Əli Cəfərov +84 kq çəki dərəcəsində WSKU üzrə dünya və Avropa, WKF üzrə Azərbaycan çempionudur. O, həmçinin dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı olub.
Sportal.az