Amerikalı sabiq futbolçu Tom Bredi "Çelsi" klubunun azlıq səhmlərini alıb.

Offsideplus.az xəbər verir ki, yeddiqat Super Bowl qalibi bundan sonra Clearlake Capital şirkətində əməliyyat üzrə məsləhətçi kimi fəaliyyət göstərəcək. Həmin şirkət "Çelsi"nin 86,5 faiz səhminə sahibdir. Lakin Tom Bredi klubda səsvermə hüququna malik olmayacaq.

Qeyd edək ki, 49 yaşlı Bredi noyabr ayında London klubuna investisiya planları ilə əlaqədar "Birmingem"dən ayrılıb. O, Clearlake Capital-ın həmtəsisçisi Behdad Eqbali ilə yaxşı münasibətlərə malikdir.