Meksikanın "Klub Amerika" komandası heyətini ulduz futbolçu ilə gücləndirməyi hədəfləyir.
Offsideplus.az xəbər verir ki, onlar "Real Madrid"lə müqaviləsinin müddəti başa çatdıqdan sonra azad agent statusu alan Avstriya millisinin mərkəz müdafiəçisi David Alabanı transfer etməyi nəzərdən keçirir.
Karyerasını bitirməyi düşünməyən 34 yaşlı təcrübəli müdafiəçi üçün potensial keçid danışıqları davam edir.
Avstriyalı futbolçunun böyük təcrübəsi və titullarla zəngin karyerası Meksika təmsilçisinin diqqətini çəksə də, oyunçunun maliyyə tələbləri və son illərdəki zədə problemi rəhbərliyi düşündürən əsas amillər sırasındadır.


