Rafinya "Barselona"nın heyətində penaltilər seriyasında yeni uğura imza atıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi La Liqanın birinci turunda "Elçe" ilə oyunda 11 metrlik zərbəni dəqiq yerinə yetirərək komandasının qələbə qolunu vurub. O, "Barselona"nın heyətində bütün turnirlərdə indiyədək 9 penalti zərbəsinin hamısını dəqiq yerinə yetirib. Bu göstərici ilə Rafinya 2022/23 mövsümündən bəri La Liqada heç bir penalti qaçırmayan oyunçular arasında liderdir.


