Sloveniya milli komandasının mərkəz oyunçusu Alen Omiç bildirib ki, komandanın lideri Luka Donçiç hazırda yığma ilə heç bir əlaqə saxlamır və oyunçuları motivasiya etmir.

Offsideplus.az xəbər verir ki, Omiç bu barədə belə danışıb: "Xeyr, o, bizə heç nə deməyib, əlaqə saxlamayıb. Onun öz işləri və öhdəlikləri var. Biz onu narahat etmirik, o da bizi narahat etmir. Qoy özü qərar versin, nə etmək istədiyini bilsin. Ümid edirəm ki, bu vəziyyət tezliklə həllini tapacaq və o, milli komandaya qoşulub kömək edəcək. Amma bizə hər kəs lazımdır, məsələ təkcə onda deyil... Hər bir oyunçu komandada xoş qarşılanır. Doğrusu, ən yaşlı oyunçu kimi hamıdan daha çox şey gözləyirəm".

Qeyd edək ki, Donçiç yay aylarını Sloveniyada keçirir, lakin bu il ailəsinə və "Leykers"in Ljublyanadakı mini-toplanışına diqqət ayırmağa qərar verib. Ötən şənbə Sloveniya yığması yoldaşlıq oyununda Monteneqroya 78:85 hesabı ilə uduzub.