UFC 2026-cı ilin son iki nömrəli turnirinin tarixlərini və məkanlarını rəsmən elan edib.
Offsideplus.az xəbər verir ki, növbəti UFC 334 turniri 14 noyabrda Nyu-Yorkda, məşhur Madison Square Garden arenasında keçiriləcək. Bu, təşkilatın ənənəvi illik səfəri olacaq. UFC 335 isə 12 dekabrda Las Veqasda, T-Mobile Arenada baş tutacaq.
Hələlik hər iki turnir üçün rəsmi döyüşlər açıqlanmayıb. Bununla belə, Aleks Pereyra və Paddy Pimblett kimi ulduz döyüşçülər Madison Square Garden-da çıxış etmək istədiklərini bildiriblər. Qeyd edək ki, UFC-nin 2026-cı il təqvimində sentyabr və oktyabr aylarında UFC 331, UFC 332 və UFC 333 də daxil olmaqla bir sıra digər böyük turnirlər və Fight Night gecələri nəzərdə tutulub. Dekabrın 12-dən sonra əlavə tədbirin keçirilməsi də istisna edilmir.


