Fransanın "PSJ" klubunun baş məşqçisi Luis Enrike "Renn"lə 2:2 hesablı heç-heçə başa çatan oyundan sonra açıqlama verib.
Offsideplus.az xəbər verir ki, Enrike fasilədə Ousmane Dembele və Xviça Kvaratsxeliyanı əvəz etməsinin səbəbini izah edib. O bildirib ki, debüt matçında "PSJ" üçün dubl edən Ferran Torres və ona assist edən Fabian Ruiz fasilədən sonra meydana daxil olublar.
"Belədir futbol. "PSJ" hələ heç nə qazanmayıb. Əgər artıq nəyisə qazandığınızı düşünsəniz, heç nə əldə edə bilməzsiniz. Mənim üçün ən vacibi odur ki, burada heç bir avans yoxdur. Hər gün, hər məşqdə, hər oyunda hazır olduğunuzu göstərməlisiniz, əks halda asanlıqla arxayınlaşmaq olar. Xeyr. Biz həmişə qələbəyə can atırıq və daim qalib gəlmək üçün komfort zonasından çıxmaq lazımdır, bu, aydındır", – deyə Enrike vurğulayıb.


