Rusiyanın sabiq yarımmüdafiəçisi Aleksandr Mostovoy Aleksey Batrakovun "Qalatasaray"a transferi barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçu "Lokomotiv"dən Türkiyə klubuna 25+4 milyon avroya keçib. Mostovoy bildirib ki, Avropada oynamaq üçün imkan yaranıbsa, bundan istifadə etmək lazımdır: "Qalatasaray" əla seçimdir. Komanda hər il Çempionlar Liqasında çıxış edir, çempionatı güclüdür, heyətində çoxlu legioner və ulduz var. O, Safonov kimi ən yaxşı komandaya gəlir, hansı ki, on tur ərzində çempion olur. Hətta bəzi oyunlarda əvəzetmədən meydana çıxsa belə, artıq uğur qazanmış sayılır. Bu, turnir cədvəlində 15-ci yerdə olan komandaya gəlmək deyil. Fərq böyükdür: əvəzetməyə çıxırsan, komanda artıq 3:0 hesabı ilə öndədir və sən də bu uğurun bir hissəsi olursan. Bu, onun üçün üstünlükdür. Hər şey öz əlindədir. Avropada onun üçün əsl futbol həyatı başlayır. Mənə inanın, bu, çox dəyərlidir".