UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk qarşılaşmaları keçirilib.
Offsideplus.az xəbər verir ki, günün ən diqqətçəkən nəticələrindən birinə Polşanın "Lex Poznan" klubu imza atıb. Öz meydanında İsveçrənin "Tun" komandasını qəbul edən Polşa təmsilçisi 7:0 hesabı ilə darmadağın edərək cavab matçı öncəsi mərhələ qapısını ardına qədər açıb. "Yagelloniya Byalystok" da "İberiya 1999" üzərində 4:0 hesablı inamlı qələbə qazanıb.
Türkiyə klublarından "Beşiktaş" litvalı rəqibi "Kauno Jalqiris"ə şans verməyərək 3:0 hesabı ilə qalib gəldiyi halda, "Trabzonspor" doğma azarkeşləri önündə Macarıstanın "Ferentsvaroş" klubuna 0:1 hesabı ilə məğlub olaraq işini çətinə salıb.
Mərhələnin ilk oyunlarının nəticələri:
-
"Kayrat Almatı" 0:3 "Anderlext"
-
"Yagelloniya Byalystok" 4:0 "İberiya 1999"
-
"Myallbyu" 0:1 "Zalsburq"
-
"Beşiktaş" 3:0 "FK Kauno Jalqiris"
-
"Eqnatiya" 0:0 "Lillestryom"
-
"Lex Poznan" 7:0 "Tun"
-
"Trabzonspor" 0:1 "Ferentsvaroş"
-
"Universitatya Krayova" 1:1 "Ararat-Ermənistan"
-
"Srvena Zvezda" 3:0 "Viktoriya Plzen"
-
"OFI Krit" 3:0 "MOİK Sofiya"
-
"Sent-Trüden" 1:0 "Omoniya Nikosiya"
-
"Benfika" 3:1 "Oarhuz" (AGF)
Cütün cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək və mərhələ adlayan komandalar Avropa Liqasının Liqa mərhələsinə vəsiqə qazanacaqlar.


