“Sabah” FK-nın “Neftçi” ilə ev oyunu komandamızın gənc hücumçusu Emil Qasımov üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, start heyətində meydana çıxan 18 yaşlı futbolçu, Azərbaycan Premyer Liqasında debüt edib.
Baş məşqçimiz Elşad Əhmədov bundan öncəki turda, “Qarabağ”la görüşdə də gənc futbolçuya debüt etmək şansı vermişdi. O, sözügedən qarşılaşmanın 80-ci dəqiqəsində Şakir Seyidovu meydana buraxmışdı.
Xatırladaq ki, həm Emil, həm də Şakir U-19 millimizin üzvüdür. Onlar bu yaxınlarda Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının seçmə mərhələsində çıxış edən və elit-raunda vəsiqə qazanan yığmamızın uğurunda pay sahibi olublar.



