İtaliya Futbol Federasiyasının sabiq texniki direktoru Paolo Maldini Pep Qvardiolanı İtaliya yığmasının baş məşqçisi postuna dəvət etmək cəhdindən danışıb.

Offsideplus.az xəbər verir ki, Maldini Qvardiolanın texniki və hücum futbolunu ən yaxşı şəkildə təcəssüm etdirdiyini bildirib. Onun sözlərinə görə, Qvardiola dostları vasitəsilə milli komandada işləmək ideyasını çatdırıb. Maldini və federasiya nümayəndələri Barselonada Qvardiola ilə görüşüb, birgə nahar ediblər və bütün günü müzakirələr aparıblar. Qvardiola bu təklifə çox maraq göstərib və razılaşmağa yaxın olub. Hətta o, heyətləri kağız üzərində yazmağa başlayıb. Maldini qeyd edib ki, maliyyə məsələsi heç vaxt problem olmayıb: "Pep bizə açıq şəkildə dedi ki, əvvəlki baş məşqçidən bir avro az alsam da, razıyam".

Qvardiolanın İtaliya millisinin baş məşqçisi postundan imtinasının səbəbi isə yorğunluq olub. Maldini bildirib ki, Qvardiola Premyer Liqada on il ərzində ağır iş rejimində çalışıb, onurğa əməliyyatı keçirib və indi istirahət etmək istəyir. Maldini əlavə edib ki, bu məsələ çox ciddi şəkildə müzakirə olunub, hətta U-17-dən başlayaraq komandaların heyətləri araşdırılıb. Sonda isə federasiya Andrea Pirloya üstünlük verib. Maldini vurğulayıb ki, federasiya prezidenti Malago bütün prosesdən xəbərdar olub və hər addımda məlumatlandırılıb.