"Arsenal" klubu Braziliya millisinin və "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimarayeşi transfer edib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı futbolçu London təmsilçisi ilə "4+1" illik müqavilə imzalayıb.
Transfer 75 milyon funt-sterlinqə başa gəlib.
Braziliyalı futbolçu ötən mövsüm Premyer Liqada 29 oyunda 9 qol vurub və 5 məhsuldar ötürmə verib.
O, DÇ-2026-da isə 5 qarşılaşmada 4 assistlə yadda qalıb.


