Dieqo Simeone mövsüm sonunda “Atletiko Madrid”dən ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, 10 ildən çoxdur “Atletiko Madrid”in baş məşqçisi olan Dieqo Simeone klubdakı son aylarını yaşaya bilər.
“Çolo” Simeone artıq “İnter”lə ilkin müqavilə (prekontrakt) imzalayıb.
“Atletiko” rəhbərliyi potensial namizədlər siyahısında Filipe Luisin də adını nəzərdən keçirir. İspaniya mətbuatı klub daxilində braziliyalı mütəxəssisin hər zaman müsbət qiymətləndirildiyini yazır. Onun həm Braziliyadakı uğurlu məşqçilik fəaliyyəti, həm də “Atletiko”dakı keçmişi bu qərarda əsas faktor kimi göstərilir.
"Flamenqo”nun hazırkı baş məşqçisi Filipe Luis futbol fəlsəfəsini məhz Simeone məktəbində formalaşdırıb. Taktiki yanaşma, yüksək intensivlik, kollektiv oyunun ön planda tutulması və rəqabətçi mentalitet hər iki məşqçinin əsas oxşar cəhətləri hesab olunur.



