"Nyukasl" klubu Camal Lassellslə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə "sağsağanlar"ın rəsmi saytı məlumat yayıb.
Yamaykalı müdafiəçi 2014-cü ilin yayından "Nyukasl"da çıxış edirdi.
O, komandanın 3-cü kapitanı idi.
Lassells burada 253 oyuna çıxıb.
Qeyd edək ki, "Nyukasl" Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq.



