Afrika Millətlər Kubokunun yarımfinalında Nigeriya milli komandası Əlcəzair yığması ilə üz-üzə gəlib. 

Offsideplus.az xəbər verir ki, nigeriyalılar 2:0 hesabı ilə rəqibi məğlub edərək yarımfinala yüksəlib. Əfsanəvi Zinədin Zidanın oğlu Luka Zidan bu ana qədər Afrika Millətlər Kubokunda top buraxmasa da, Viktor Osimhen və Akor Adams vurduqları qollar ilə onu məyus edib. Viktor Osimhen Əlcəzairə qarşı oyunda 1 qol və 1 assistə imza atıb. 

Qeyd edək ki, Nigeriya yarımfinalda Mərakeş yığma komandası ilə qarşılaşacaq. Matç 15 yanvar, Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.