UEFA Çempionlar Liqasının finalında "İnter"i 5:0 hesabı ilə məğlub edən PSJ tarixində ilk dəfə bu titula yiyələnib. 

Offsideplus.az xəbər verir ki, "Real Madrid"in futbolçusu Kilian Mbappe keçmiş klubu barədə sükutu pozub. Fransız forvard sabiq komandasını təbrik edib:

"Böyük gün nəhayət gəldi. Bütün komandanın zərafəti ilə gələn qələbə. Təbriklər, PSJ".

Qeyd edək ki, Kilian Mbappe 2017-18 və 2018-2024-cü illərdə Paris təmsilçisinin formasını geyinib. O, 2019-20 sezonunda Çempionlar Liqasının finalında PSJ-nin heyətində "Bavariya"ya məğlub olmuşdu (1:0).