PSJ klubu Kilian Mbappeni məhkəməyə verməyə hazırlaşır. 

Offsideplus.az xəbər verir ki, klub fransız forvardın 98 milyon avro məbləğində borcunun olduğunu bildirir. Bu barədə "RMC Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, Kilian Mbappe 2024-cü ilin yayında "Real"a transfer edilib. Onun Paris təmsilçisi ilə müqaviləsinin müddəti başa çatıb və azad agent olaraq "Kral klubu"na keçid edib.