Fransa çempionatında 2024/25 mövsümünün ən dəyərli oyunçusu müəyyənlışib.
Offsideplus.az xəbər verir ki, bu, PSJ-nin futbolçusu Usman Dembele olub.
Dembele cari mövsüm Liqa 1-də 28 oyunda 21 qol vurub və 7 məhsuldar ötürmə edib. O, hazırda çempionatın bombardiridir.
Mövsümün rəmzi heyəti də açıqlanıb. Heyətə PSJ-dən kənar yalnız iki oyunçu daxil edilib: "Lill"ın qapıçısı Lukas Şevalye və "Lyon"un futbolçusu Rayan Şerki.
Digər oyunçular isə - Markinyos, Paço, Hakimi, Mendeş, Vitinya, Neveş, Barkolya, Due və Dembele.