Fransa Futbol Federasiyası millinin baş məşqçisi Didye Deşamla müqaviləni yeniləyib.

Offsideplus.az xəbər verir ki, bu barədə federasiya rəsmi məlumat yayıb. 54 yaşlı mütəxəssislə sözləşmənin müddəti 2026-cı ilə qədər uzadılıb.

Qeyd edək ki, Fransa millisi Deşamın rəhbərliyi altında Qətərdə keçirilmiş dünya çempionatında ikinci yeri tutub. Komanda Argentina millisinə uduzub.