PSJ heyətini yeni futbolçu ilə gücləndirib.

 Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi "Napoli"nin yarımmüdafiəçisi Fabian Ruisi transfer edib. Bu barədə Fransa klubunun saytı məlumat yayıb. 26 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb. 

Tərəflər keçidin maliyyə detalları haqda məlumat verməsə də, müxtəlif mənbələrdə yayılan xəbərlərə görə, Neapol təmsilçisi ispaniyalı futbolçunun transferindən 21.5-23 milyon avro qazanacaq.

Qeyd edək ki, Fabian Ruis 2018-ci ilin yayından formasını geyindiyi "Napoli"də 166 oyuna çıxıb, 22 qol və 15 qol ötürməsi ilə yadda qalıb. Onun klubla sözləşməsi 2023-cü ilin yayında başa çatırdı. Futbolçu 2019-cu ilin yayından debüt etdiyi İspaniya millisində isə 15 görüş keçirib və 1 qol vurub.