Formula 1 komandası "Mersedes" növbəti il üçün pilotlarını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Almaniya təmsilçisi hazırki sürücüləri ilə davam etməyə qərar verib.

Corc Rassell və Kimi Antonelli növbəti mövsümdə "Mersedes"in sükanı arxasında olacaqlar.

Rassell hazırda çempionatda 4-cü yerdədir. Antonelli isə debüt ilində 88 xalla 7-ci yerdədir.

"Mersedes" isə Mühəndislər Kubokunda 325 xalla 2-ci yeri tutur.