"Maklaren"in pilotu Oskar Piastri 2027-ci ildə komandasını dəyişə bilər.
Offsideplus.az xəbər verir ki, avstraliyalı pilot "Ferrari"yə keçməyi düşünür.
Bu barədə "Blick" nəşri məlumat yayıb.
Piastri hazırda 336 xalla çempionatın lideridir. O, komanda yoldaşı Lando Norris 22 xal öndədir və çempionluğa əsas namizəddir.
Son yarışda Norrisin ona müdaxilə edərək keçməsindən razı qalmayan Piastrinin "Maklaren" rəhbərliyi ilə arası yaxşı deyil. Buna görə də komandasını dəyişmək barədə düşünür.



