"Red Bull"dan ayrılan Kristian Horner yenidən Formula 1-ə qayıdır.
Offsideplus.az xəbər verir ki, o, "HAAS" ilə razılığa gəlməyə yaxındır.
Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
K. Horner 2005-ci ildən bəri "Red Bull" komandasını idarə edirdi. O, 2 ay əvvəl - iyul ayında 20 illik vəzifəsindən ayrılıb.
Avstriya təmsilçisi onun dövründə 8 pilot çempionluğu, 6 dəfə isə mühəndislər kubokunu qazanıb.



