Portuqaliyanın Leiria şəhərində kartinq üzrə X30 kateqoriyasında yarış keçirilib.
Offsideplus.az xəbər verir ki, Beynəlxalq Kartodromo de Leiria trekində baş tutan və 18 pilotun mübarizə apardığı turnirdə azərbaycanlı Davin Cəfərov da iştirak edib. Birincilik şansı yüksək olan Davin sonda rəqibindən 0.01 saniyə geri qalıb və ikinci yeri tutub. Bu yarışda iştirakdan sonra Davinə 26-28 sentyabrda Bombarralda keçiriləcək "ROTAX" kateqoriyasında yarışa dəvət gəlib. Davin bu yarışda "BirelArt" komandasının tərkibində çıxış edəcək.
Pilotumuz sentyabrın 29-da İtaliyanın Lonato şəhərinə yollanaraq kartinqdə BMB kateqoriyası üzrə World Grand Final yarışında iştirak edəcək. Dünya çempionatı 1-5 oktyabrda baş tutacaq. Bu yarışa Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiyadan pilotlar qatılacaqlar.


