"Ferrari" növbəti mövsüm pilot dəyişikliyinə gedə bilər.
Offsideplus.az xəbər verir ki, İtaliya təmsilçisi Lyuis Hemiltonla yollarını ayırıb yenidən Karlos Saynsı gətirməyi düşünür.
Jurnalist Conny Herbertin xəbərinə görə "Ferrari" ingilis pilotu göndərməyi gözdən keçirir.
Qeyd edək ki, 40 yaşlı Hemilton bu ildən qırmızı maşını idarə edir. O, 14 yarışdan sonra 109 xal yığmağı bacarıb və çempionatda 6-cı yeri tutur.



