Kristian Horner yenidən Formula 1-ə qayıda bilər.

Offsideplus.az xəbər verir ki, 51 yaşlı funksioner "Kadillak"la danışıqlar aparır.

"Kadillak" 2026-cı ildən Formula 1-də olacaq. Onların pilotu ikilisinin Serxio Peres və Valtteri Bottas olacağı gözlənilir.

Qeyd edək ki, K. Horner 2005-ci ildən "Red Bull"da çalışırdı. O, 1 ay öncə vəzifəsindən ayrılıb.