Formula 1-də mövsümün 14-cü yarışı baş tutub.
Offsideplus.az xəbər verir ki, bu dəfəki Qran-pri Macarıstanda baş tutub.
Ötən gün poulu "Ferrari"nin pilotu Şarl Lekler qazanmışdı.
Yarış isə monakolu pilot üçün yaxşı keçməyib. O, 4-cü ola bilib
Qalib isə "Maklaren"in sürücüsü Lando Norris olub. 2-ci yeri onun komanda yoldaşı Oskar Piastri tutub. Podiumu Corc Rassel tamamlayıb.
Bu qələbə "Maklaren"in tarixində 200-cü yarış zəfəri olub.
O. Piastri 284 xalla çempionata başçılıq edir. L. Norris 275 xalla onu təqib edir.
Qeyd edək ki, Macarıstan sonra Formula 1-də 4 həftəlik yay fasiləsi olacaq. Növbəti yarış avqustun 31-də, Niderlandda keçiriləcək.



