Beynəlxalq Avtomobil Federasiyası (FIA) bu ilin iyun ayında keçirilən Monako Qran-prisinin yekun nəticələrini yenidən dəyişib.

Offsideplus.az xəbər verir ki, FIA "Red Bull"un pilotu İzak Hajarın 3-cü yerini bərpa edib, "Alpin" sürücüsü Pyer Qaslini isə yenidən aşağı pilləyə endirilib.

İyunun 7-də finişi 3-cü sırada keçən Qasli pit-leyn zonasında sürət həddini aşdığı üçün iki dəfə 5 saniyəlik cəza alaraq 7-ci yerə geriləmiş, Hajar isə 3-cü pilləyə yüksəlmişdi. İyunun 12-də "Alpin" komandasının vaxt hesablamasında xəta olması ilə bağlı müraciətindən sonra bu qərar ləğv edilsə də, "Maklaren" və "Red Bull"un FIA Apellyasiya Məhkəməsinə etdiyi son şikayət qəbul olunub.

Qərardan narazı qalan "Alpin" rəsmi bəyanat yayaraq 10 nömrəli bolidin sürət həddini aşmadığını iddia etsə də, məhkəmənin yekun hökmü ilə razılaşdığını bildirib.