FİA "Alpin" komandasının müraciətini təsdiqlədikdən sonra Monako Qran-prisinin nəticələrinə yenidən baxıb və Pyer Qaslinin 3-cü yerini özünə qaytarıb.
Offsideplus.az xəbər verir ki, fransalı pilot yarışın ardından aldığı iki 5 saniyəlik cərimə səbəbindən mövqeyini itirərək 7-ci pilləyə düşmüşdü. Cərimələri ədalətsiz hesab edən Fransa komandası stüardların qərarlarına yenidən baxılması üçün rəsmi müraciət hüququndan istifadə edib. "Alpin"in təqdim etdiyi yeni sübutlar və datalar stüardlar tərəfindən araşdırılıb və yekunda qəbul olunub.
Məsələ ilə bağlı Fransa təmsilçisi rəsmi açıqlama yayıb:
"Bütün bu proses boyu nümayiş etdirdikləri açıqlıq, əməkdaşlıq və ədalətli qərara görə FİA və "Formula 1" rəhbərliyinə təşəkkür edirik".


