WBC, WBO, WBA və IBO versiyaları üzrə mütləq dünya çempionu Oleksandr Usik növbəti rəqibini gözləyir.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı ukraynalı boksçu qarşıdakı rəqibinin adına fevralın 22-də aydınlıq gələ biləcəyini açıqlayıb. Məhz həmin gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda britaniyalı Daniel Dyuba Yeni Zelandiya təmsilçisi Cozef Parkerlə döyüşəcək.
"Kim qalib gələcəksə, onunla da qarşılaşacağam. Dyuba, yoxsa Parker? Mənim üçün heç bir problem yoxdur" - deyə Usik bildirib.
Xatırladaq ki, Oleksandr artıq bir dəfə Dyuba ilə qüvvəsini sınayıb. Ukraynalı idmançı 2023-cü ildə Polşada keçirilən görüşün 9-cu raundunda nokautla qalib gəlib.
Bundan başqa, Usik kayerasını tezliklə başa başa vuracağını da istisna etməyib. O, peşəkar rinqdə daha iki dəfə mübarizə aparacağını açıqlayıb. Dünya çempionu bu vaxta qədər peşəkar boksda keçirdiyi bütün döyüşlərdə qələbə qazanıb (23-0-0, 14 nokaut).