"Beşiktaş" klubu mövsümün əvvəlində heyətinə cəlb etdiyi Pedro Reboşu ilə yolları ayırıb.
Offsideplus.az xəbər verir ki, "qara qartallar" portuqaliyalı müdafiəçi ilə sözləşməni uzatmayıb. 25 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu Fransanın "Genqam" klubuna qayıdıb.
Qeyd edək ki, Pedro Reboşu "Beşiktaş"da ümumilikdə 17 oyuna çıxıb.