Bu gün futbol üzrə Əvəzedicilər liqasında 2024/2025 mövsümünün mükafalandırma mərasimi keçiriləcək.
Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, tədbir Misli Premyer Liqasında XXXVI turun “Sabah” – “Neftçi” oyunundan öncə “Bank Respublika Arena”da təşkil olunacaq.
Əvəzedicilər Liqasının qalibi "Sabah-2"yə qızıl medallar və kubok təqdim ediləcək.
Qeyd edək ki, "Sabah-2" çempionluğunu dünən rəsmiləşdirib. "Bayquşlar" son turda əsas rəqib "Neftçi-2" ilə heç-heçə (2:2) oynayıblar və hər iki kollektiv xalını 69-a çatdırıb. Lakin əlavə göstəricilərə görə "Sabah-2" 1-ci yeri tutub.
Çempionatın bürünc medallarına isə "Turan Tovuz" sahib çıxıb.