Əvəzedicilər Liqasında 36-cı turun oyunlarının start götürdüyü bu gün çempionun adı bəlli olub.
Offsideplus.az xəbər verir ki, 35 tura hərəyə 68 xal yığan "Sabah-2" və "Neftçi-2" komandaları üz-üzə gəlib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşdığından cari mövsüm ən çox qələbə qazanmış komanda - Masazır təmsilçisi 2024-25 mövsümü üzrə çempion olub.
Qeyd edək ki, "Sabah" tarixində ilk dəfə Əvəzedicilər Liqasını qazanıb.