"Sabah" klubunun əvəzedicilərdən ibarət komandası bu gün ölkə çempionatının XXXIV turunda vacib qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" "Şamaxı-2"nin qapısından 4 top keçiriblər.
Hərçənd oyun "Sabah-2" üçün çox pis başlanıb. Matçın 2-ci dəqiqəsində qapıçı Rəvan Mirzəməmmədov qırmızı vərəqə alıb.
10 nəfərlə mübarizə aparan Bakı təmsilçisi 15-ci dəqiqəsində qapısında qol görüb.
Buna baxmayaraq, Adino Mustedanagiçin yetirmələri tezliklə hesabı bərabərləşdiriblər. İkinci hissədə lazımi qolları vuran "Sabah-2" yekunda 4:2 hesablı qələbə qazanıb.
Xalını 67-yə çatdıran komanda çempionatın sonuna iki tur qalmış 1-ci pilləyə yüksəlib. Bir oyun az keçirmiş "Neftçi-2" 66 xalla 2-ci sırada qərarlaşıb.